Ukrayna hərbçilərinin 17 nəfərinin cəsədi ölkəyə qaytarılıb.

"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin genişmiqyaslı işğalı başlayandan bəri ümumilikdə 1426 həlak olmuş hərbçinin cəsədi geri qaytarılıb.