Monteneqronun Baş Məhkəməsində güclü partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin Polis İdarəsi məlumat yayıb.

Paytaxt Podqoritsa şəhərində qeydə alınan hadisədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. 

Məlumata görə, naməlum şəxs partlayıcı qurğunu binanın girişində işə salıb. Hadisə anı məhkəmədə xeyli adam olub. Təcili yardım və polis hadisə yerinə cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu