Türkiyədə zəlzələdə həlak olanların sayı 45 min 968-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

"Bu günə qədər dağıntılarda, xəstəxanalarda həyatını itirən vətəndaşların sayı 45 min 968 nəfərdir. Onlardan 4 min 267-si suriyalı qardaşlardır", - deyə nazir bildirib.