Meksikanın Matamoros şəhərində silahlı şəxslərin 4 ABŞ vətəndaşını qaçırdığı bildirilir.

"Unikal" xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosu (FTB) məlumat yayıb.

Açıqlamada, ABŞ-ın Texas əyalətinin sərhədindəki Matamoros şəhərinə avtomobillə gedən 4 nəfərin Meksikaya girdikdən qısa müddət sonra atəşə tutulduğu bildirilib.

“4 amerikalı silahlı şəxslər tərəfindən hadisə yerindən aparılaraq maşına mindirilib”, - deyə məlumatda bildirilir. 

Qeyd olunub ki , FTB oğurlanmış 4 ABŞ vətəndaşının ekstradisiyası və cinayətkarların həbsi üçün 50 min dollar mükafat təklif edib.