Zəlzələlərdən sonra Türkiyənin yenidən qurulması üçün böyük maliyyə xərcləri və insan resursları lazımdır. Ona görə də Ankara yaxın vaxtlarda hava qüvvələri üçün döyüş təyyarələri almayacaq.

"Unikal" xəbər verir ki, b​​​​unu “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Görünən odur ki, hələlik maliyyə məhdudiyyətinə görə Türkiyə ehtiyatda olan təyyarələrlə kifayətlənəcək”, - o bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti yanında təhlükəsizlik və xarici siyasət şurasının üzvü Çağrı Ərhan Ankaranın Amerikadan F-16-lar almaqdan imtina edə biləcəyini vurğulayıb. O deyib ki, alternativ olaraq Çin və ya Rusiya döyüş təyyarələri nəzərdən keçirilə bilər.