Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda "rus xalqının böyük adamlarının adlarıını daşıyan məktəblərin direktorları ilə görüş keçirib".

"Unikal" xəbər verir ki, bu haqda Ermənistan paytaxtındakı Rusiya Evinin mətbuat xidməti informasiya yayıb.

"Səfir ən aktual problemləri qeyd edən təhsil işçilərini dinləyib, bir sıra aktual sualları cavablandırıb. Kopırkin bildirib ki, hazırda Ermənistanda rus məktəblərinin açılması məsələləri müzakirə olunur: artıq rus dilində təhsilin dəstəklənməsi ilə bağlı məsələlərlə məşğul olan işçi qrup yaradılıb. 2023-cü il “Rus dili ili” elan edilib.

Bununla bağlı səfir vurğulayıb ki, Rusiya Ermənistanda humanitar fəaliyyətə xüsusi diqqət yetirir: rus dilinin ənənələrini qoruyub saxlamaq üçün tədbirlərin keçirilməsi diqqət mərkəzindədir.

Öz növbəsində, "Rossotrudniçestvo"-nun Ermənistandakı nümayəndəliyinin rəhbəri Vadim Fefilov bildirib ki, bu il İrəvandakı Rus Evi rusistlər üçün bir neçə irimiqyaslı tədbirlər planlaşdırıb ki, onların arasında xüsusi yer rus dili müəllimləri üçün ixtisasartırma kurslarının keçirilməsidir. 

Rus dilinin tədrisi ilə məktəblərdə tədris prosesinin təkmilləşdirilməsi, onlara tədris və tədris-metodiki ədəbiyyatla köməklik göstərilməsi ilə bağlı digər məsələlər də fəal müzakirə olunub.