BMT-nin Baş katibi Antonio Quterreş Ukraynaya gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Baş katibin ofisi məlumat verib.

BMT-nin baş katibi  Ukraynaya səfəri çərçivəsində taxıl sazişinin uzadılması üçün prezident Volodimir Zelenski ilə görüşəcək. Bu barədə çərşənbə axşamı brifinqdə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib.

“Baş katib bu gün səhər saatlarında Polşaya gəlib, indi isə Ukraynadadır və prezident Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedir”, - o deyib.