ABŞ-ın Yuta ştatında 65 yaşlı kişi həbsxanaya düşmək üçün banka basqın edib.  

"Unikal" xəbər verir ki, hadisə ştatın Solt Leyk Siti şəhərində baş verib. Belə ki, Donald Santrakroce adlı şəxs banka girərək kassirdən 1 dollar verməsini tələb edib. Pulu alan amerikalı kassirdən polisə zəng edərək hadisə barəsində məlumat verməsini xahiş edib.  Daha sonra 65 yaşlı kişi bankda polisin gəlməsini gözləyib. 

Hadisə yerinə gələn polis Santrakroceni saxlayıb. Araşdırma aparılır.

Seymur Əli