Martın sonuna qədər Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası 11 mindən çox ukraynalı əsgərə təlim keçəcək, ilin sonuna qədər isə onların sayı 30 minə çatacaq,.

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi Cozep Borrell görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. 

Borrelin sözlərinə görə, bütün üzv dövlətlər bu təlim missiyası zamanı əldə edilən nəticələrdən razıdırlar və “xüsusilə tanklar Ukraynaya çatdıqda və bu tankların ekipajlarına təlim keçmək lazım olanda daha çox iş görməyə hazırdır”.

Qeyd olunur ki, Borrel Aİ ölkələrinin milli ehtiyatlarından Ukraynaya sursat tədarükünü kompensasiya etmək üçün Avropa Sülh Fondu (APF) vasitəsilə 1 milyard avro ayırmağı Aİ müdafiə nazirlərinə təklif edib.

Bundan əlavə, o qeyd edib ki, daha 1 milyard avroya Avropa Müdafiə Agentliyi vasitəsilə 155 mm-lik döyüş sursatlarının alınmasını bərpa etmək üçün sənaye üçün ümumi tələblər paketi üzərində razılığa gəlmək lazımdır. Onun sözlərinə görə, bu yanaşma məhsul vahidinin qiymətini aşağı salacaq və çatdırılma müddətini azaldacaq.

“Şərq Tərəfdaşlığı” Avropa İttifaqının layihəsidir və onun əsas məqsədi Avropa İttifaqı ilə keçmiş SSRİ-nin altı ölkəsi: Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna arasında inteqrasiya əlaqələrini inkişaf etdirməkdir. 2022-ci ildə Belarusun üzvlüyü dayandırılıb.