Təl-Əvivin mərkəzində naməlum şəxs atəş açıb, nəticədə 3 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, yerli nəşrlər hadisənin Dizengoff və Ben Qurion küçələrinin kəsişməsində yerləşən kafedə baş verib.

Zərərçəkənlərə təcili tibbi yardım göstərilib. Televiziya görüntülərindən görünür ki, hadisə yerində çoxlu polis maşınları və həkimlər var.

“The Jerusalem Post” yazır ki, qurbanlardan birinin vəziyyəti ağırdır.

Hadisəni törədən şəxs həbs edilib.