Tbilisidə keçirilən etiraz aksiyasında Gürcüstan parlamentinin binasından Aİ bayrağı götürülüb və yandırılıb.

"Unikal"  xəbər verir ki, Gürcüstan  Daxili İşlər Nazirliyi Aİ bayrağının yandırılması faktı ilə bağlı iş açıb. 

Etirazçılar əvvəllər Gürcüstan parlamentinin rədd etdiyi xarici agentlər haqqında qanuna referendum keçirilməsini tələb edirlər. Nümayişçilər həmçinin hakimiyyəti xarici təsirlərdən asılı olmamağa çağırırlar.