Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya səfər edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb. 

Onun sözlərinə görə, XİN rəhbərinin Moskvaya səfəri hazırlanır. 

Qeyd edək ki, Paşinyan bugünkü mətbuat konfransında Mirzoyanın yaxın vaxtlarda Moskvaya səfər edəcəyini açıqlamışdı.

Ağarza Elçinoğlu