Ermənistan və Rusiyanın Birləşmiş Qüvvələr Qrupunun komandanı vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyanın fərmanı dövlət başçısının saytında dərc olunub.

Sənəddə Tiqran Pırvanyanın baş nazir Nikol Paşinyanın təklifi ilə vəzifəsindən azad edildiyi bildirilir.

Birgə qrupun yerləşdirilməsi və istifadəsi barədə qərarı Rusiya və Ermənistanın ali baş komandanları birgə qəbul edir.