“İran universitetləri hicab taxmaq qaydalarına əməl etməyən qadınlara təhsil verməkdən imtina edəcək”.

"Unikal" xəbər verir ki, bu barədə İran Təhsil və Tərbiyə Nazirliyi məlumat yayıb.

“Tələbəlik öhdəliklərinə biganə qalmayan, eləcə də iffət prinsiplərinə və hicab geyinmə qaydalarına əməl edən əziz tələbələrə təşəkkür edirik”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, nazirliyin tabeliyində olan bütün ali təhsil qurumları İslam geyim qaydalarına əməl etməyən tələbə qızlara təhsil xidmətləri göstərmək və sosial təminat vermək öhdəliyindən azad ediliblər.