Fransa Prezidenti Emmanuel Makron 5-7 apreldə Çinə işgüzar səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Səfərin Çin sədri Si Cinpinin dəvəti ilə baş tutacağı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl Makronun Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə birlikdə Çinə səfər etməyi planlaşdırdığı bildirilirdi.