NATO-nun ilk daimi donanma qrupunun gəmiləri planlaşdırılan səfər çərçivəsində bu gün Tallinə çatıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun 1-ci daimi donanmasının gəmiləri Almaniya Hərbi Dəniz Qüvvələrinin "Brandenburq" freqatı və Portuqaliyanın "Bartolomeu Dias" freqatı Tallinə gedib. 

"Tallinə səfər gəmilərin ekipajlarına növbəti tapşırıqlara hazırlaşmaq üçün fasilə verməyə, eləcə də estoniyalı tərəfdaşlarla əlaqə saxlamağa imkan verəcək", - Estoniya Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.

Ağarza Elçinoğlu