Amerikanın iki F-16 qırıcısı Yaponiyanın cənubunda təcili eniş edib.

"Unikal" xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qırıcıların Okinavanın cənub prefekturasındakı Miyako-Şimojisima hava limanına eniş etdiyi bildirilir. Məlumata görə, onlardan birinin mühərrikində problem yaranıb.

ABŞ hərbçilərinin hazırda təmir işləri apardığı deyilir. 

Ağarza Elçinoğlu