Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsraildən olan həmkarı İsaak Hersoq arasında telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, telefon danışığı zamanı İsrail təhlükəsizlik qüvvələrinin Məscidül-Əqsaya basqını, Qiblə Məscidinə hücumu və müqəddəs yerlərdə olanlara qarşı sərt müdaxilələri müzakirə edilib.

Ərdoğan bildirib ki, Türkiyə ədalətli və davamlı sülh üçün üzərinə düşəni etməyə hazırdır. 

Ağarza Elçinoğlu