Şiveluç vulkanının püskürməsi yerli vaxtla aprelin 11-nə keçən gecə Kamçatkada baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutundan bildiriblər.

Bildirilib ki, avtomobil yolunun qaynar axınlarla bağlanması təhlükəsi var.

İnstitut qeyd edib ki, hazırda vulkana aviasiya üçün ən yüksək “qırmızı” təhlükə kodu verilib.

"Qaynar axınlar 20 km-ə qədər gedə və Petropavlovsk-Kamçatski - Ust-Kamçatsk magistral yolunu bağlaya bilər", - deyə qeyd olunub.