Peruda Huanuko-Lima marşrutu ilə 76 sərnişini daşıyan avtobus qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yük maşını ilə toqquşan avtobusun çaya düşməsi nəticəsində 10 nəfər ölüb, 25 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Hadisə ilə bağlı yük maşınının sürücüsü saxlanılıb. 

Ağarza Elçinoğlu