Partlayıcı ilə yüklənmiş Ukrayna pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Belqorod beynəlxalq hava limanına hücum edib.  

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, təyyarə tipli dron beton hasara çırpılaraq partlayıb. 

Hadisə nəticəsində ölən və ya xəsarət alanların olmadığı deyilir. PUA limanın hasarına və siqnal kabelini sıradan çıxarıb. 

Qeyd edək ki, Belqorod hava limanı müharibə başlandıqdan sonra bağlanıb. 

Ağarza Elçinoğlu