Şarm Əl-Şeyx-İrəvan reysini həyata keçirən təyyarə əlverişsiz hava şəraiti səbəbindən Türkiyənin Ərzurum hava limanına enib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi rəhbərinin köməkçisi Lilit Ağabekyan məlumat verib.

Onun sözlərinə görə, bu gün Moskva-İrəvan reysini yerinə yetirən təyyarə də Gürcüstanın paytaxtı Tbilisiyə enib.

Qeyd edək ki, Zvartnots hava limanında görmə məsafəsi 100 metrdən aşağı həddə düşüb. 

Ağarza Elçinoğlu