Şimali Koreya lideri Kim Çen In hərbi heyəti ilə görüşündə ölkənin nüvə potensialının tez və praktiki şəkildə genişləndirilməsinin vacibliyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. 

Kim Mərkəzi Hərbi Komissiyasında iclasını keçirib. O, komissiya üzvləri ilə görüşündə nüvə potensialını artırmalı olduqlarını bir daha vurğulayıb. 

Şimali Koreyanın son həftələrdə keçirdiyi silah sınaqlarına cavab olaraq ABŞ və Cənubi Koreyanın hərbi təlimlər keçirib. Və bu, onlar arasındakı gərginliyi artırıb.