Rusiyada hərbi çağırış vərəqəsi almış vətəndaşların ölkədən çıxışı qadağan edilir.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilib ki, hərbi xidmətə çağırılmalı olan və hərbi komissarlıqdan çağırış vərəqəsi almış vətəndaşların federal qanuna uyğun olaraq çağırış vərəqəsi verilmiş hesab edildiyi gündən Rusiya Federasiyasını tərk etməsi qadağandır.

Qeyd olunan məhdudiyyət çağırışla bağlı öhdəliyi yerinə yetirmək üçün hərbi komissarlığa gələnə qədər qüvvədədir.