Türkiyə-İran sərhədində baş verən zəlzələ Türkiyənin Ağrı vilayətində 4,3 bal gücündə hiss olunub. 

"Unikal" xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası açıqlayıb. 

Təbiət hahisəsi Ağrının Doğubayazıt rayonunda yerin 1,7 kilometr dərinliyində baş verib. 

Zəlzələdə nəticəsində itki qeydə alınmayıb. 

***15:05

İran-Türkiyə sərhədində 4,3 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xəbər verir ki, yerin 10 km dərinliyində qeydə alınan təbiət hadisəsi Ermənistanda 3 bal gücündə hiss olunub. 

Məlumata görə, yeraltı təkanların gücü episentrdə 5-6 bal təşkil edib. 

Ermənistan Daxili İşlər və Rabitə Nazirliyinin Seysmoloji Mühafizə Ərazi Xidmətinin Seysmoloji Şəbəkəsi bildirib ki, zəlzələ İrəvan şəhərində 2 bal, Araratda isə 3 bal gücündə hiss edilib. 

Ağarza Elçinoğlu