Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 11 milyonu ötüb.

"Unikal" xəbər verir ki, bu barədə Polşa hökumətinin mətbuat xidməti məlumat yayıb. 

“Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 11 milyonu keçib”, - deyə məlumatda qeyd olunub. 

Polşanı tərk edən ukraynalıların ümumi sayının 9 milyon 259 min nəfər olduğu bildirilib. 

Polşanın Avropa Birliyi(Aİ) Daimi Nümayəndəliyinin paylaşdığı məlumata görə, Ukraynadan Polşaya keçənlərin 87 faizini qadınlar və uşaqlar təşkil edir.