Ukrayna Qara dənizdə Rusiya donanmasına "Moskva" kreyserinin batmasına bənzər yeni hücum hazırlayır.

"Unikal" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.

"Düşmənimizə hələ məlum olmayan bəzi detallar var. Bu o deməkdir ki, biz onlara dənizdəki gəmiləri üçün başqa bir sürpriz edə bilərik. Biz sadəcə bu tarixi təkrarlamaq üçün uyğun anı gözləyirik", - deyə nazir qeyd edib.

Reznikov təfərrüatları açıqlamayıb.

Ağarza Elçinoğlu