Kremlin sözçüsü Dmitri Peskov Misirin Rusiyaya raket göndərməyi planlaşdırdığı barədə məlumatın yalan olduğunu bildirib.

"Unikal" xəbər verir ki,  Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.

"The Washington Post"un Misirin Rusiyaya raket göndərməyi planlaşdırdığı xəbərini dəyərləndirən Peskov, "Bu, təkrarlanan saxta xəbərlərə bənzəyir" deyib.