İranın ən nüfuzlu qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun liderləri İsraili BMT-dəki üzvlüyündən məhrum etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Tehranda keçirilən mətbuat konfransında korpusun rəsmi nümayəndəsi general Ramazan Şərif bildirib.

“Yalnız sionist administrasiyada Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrin bu qədər pozulması halları var. Birləşmiş Millətlər Təşkilatının 200 üzvü arasında israillilər bu məsələdə liderdirlər. Məhz buna görə də BMT özünün və üzvlərinin ləyaqətini qorumaq üçün həmin ölkəni təşkilatdan çıxarmalıdır”, - iranlı general bildirib.