Narkotik vasitələrin istehsalı və qaçaqmalçılığı cinayətindən qırmızı bülletenlə axtarışda olan Urfi Çetinkaya İstanbulda tutulub.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul Cümhuriyyət Prokurorluğunun mətbuat xidmətui məlumat yayıb. 

Bildirilir ki, 24 il həbs cəzasına məhkum edilən Çetinkayanın xüsusi əməliyyat polisinin qatıldığı əməliyyatda saxlanılıb. Əməliyyatda Çetinkaya cinayət təşkilatının 5 üzvü də polis tərəfindən nəzarətə götürülüb. 

Gülayə Mecid