Yaponiya Baş naziri Fumio Kişidanın Vakayama şəhərində ictimaiyyət qarşısında çıxışı zamanı yaxın ərazidə güclü partlayış olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hökumət başçısını partlayışdan xəsarət almadan təxliyə etmək mümkün olub.

Məlumata görə, tədbir başlamazdan əvvəl tüstü bombasına bənzəyən əşya atılıb və partlayış baş verib. Hücum edən şəxsin saxlanıldığı bildirilib.