Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında fransalı həmkarı Emmanuel Makronla bir saat yarımlıq söhbət zamanı onunla ölkənin NATO-ya üzv olmadan əvvəl təhlükəsizlik zəmanəti alması “zərurətini” müzakirə etdiyini bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, həmçinin, tərəflər Makronun Çinə səfərinin nəticələrini  və NATO-nun Vilnüsdə keçiriləcək sammitini  müzakirə ediblər.