Qazaxıstanın Janaozen şəhərində ikimərtəbəli yaşayış binasında qaz balonu partlayıb.

"Unikal" xəbər verir ki, baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Əraziyə təcili yardım briqadası və xilasedici qüvvələr cəlb olunub. 

Yaralılardan 8-nin uşaq olduğu deyilir.