ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün keçirilən əməliyyatda yüksək rütbəli bir İŞİD rəsmisinin öldürüldüyünü açıqlayıb.

"Unikal" xəbər verir  ki  bu  barədə CENTCOM "Twitter" hesabında açıqlama yayıb.

İŞİD liderinin ölüm təfərrüatları paylaşılmasa da "İŞİD-in Suriyadakı yüksək səviyyəli lideri və Yaxın Şərq və Avropada terror hücumlarının planına görə məsul şəxs məhv edilib" - deyə açıqlamada qeyd olunub. 

İŞİD lideri ilə yanaşı 2 silahlı İŞİD üzvünün də öldürüldüyü bildirilib. 

Gülayə Mecid