ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidmətindən bildirilib.

"Rusiya Federasiyasının daxili məsələlərinə kobud şəkildə müdaxilə etmələri və diplomatik statusa uyğun gəlməyən fəaliyyətlə məşğul olmaları səbəbindən ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə məlumatda qeyd olunub.