Latın Amerikası turu çərçivəsində Venesuelaya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Nikolas Maduro tərəfindən qəbul edilib.

"Unikal" xəbər verir ki, iki ölkənin nümayəndə heyətlərinin iştirak etdiyi görüş Maduronun ev sahibliyi etdiyi Miraflores Prezident sarayında baş tutub.

Lavrovla görüşünün görüntülərini öz "Twitter" hesabında paylaşan Maduro, "Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli əlaqələrimizi və ölkələrimizin inkişafı üçün müxtəlif sahələrdə ortaq əməkdaşlıq xəritəsini gücləndirən xoş görüş keçirdik" ,- deyə ifadə edib.