Yəmənin paytaxtı Sənada sədəqə paylanarkən yaranan izdihamda azı 78 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki,  hadisə şəhərin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib

Bildirilir ki, onlarla insanın ölümünə səbəb elektrik naqilinin partlaması olub. Bundan sonra ərazidə güclü partlayış qeydə alınıb.