Ermənistanın müdafiə naziri Suren Papikyan Braziliyanın Ermənistandakı səfiri Fabio Vazs Pitaluqa ilə görüş keçirib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, görüş Ermənistan Müdafiə Nazirliyinin inzibati binasında baş tutub.

Bildirilib ki, görüş zamanı regional təhlükəsizliklə bağlı məsələlər və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub.