ABŞ səfirliklərin boşaldılması halında Xartum yaxınlığında qoşun yerləşdirəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. O qeyd edib ki, ABŞ-ın Xartumdakı səfirliyini evakuasiya etmək barədə hələ qərar verməyib , lakin ehtiyac yaranarsa, yaxınlıqda öz ordusunu yerləşdirmək niyyətində olduğunu bildirib. 

Kirbinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden ABŞ diplomatik işçilərinin hələ də təxliyyəsi tələb olunacağı təqdirdə ABŞ qoşunlarının yaxınlıqdakı ərazilərdən birinə köçürülməsi barədə göstəriş verib. 

O əlavə edib ki, Bayden bu qərarı “son bir neçə gün” ərzində verib.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken aprelin 17-də Amerikanın Sudanın paytaxtı Xartumdakı səfirliyinin avtomobillərinin atəşə tutulduğunu təsdiqləyib .

Sudanın faktiki lideri, ordu komandiri Əbdülfəttah əl-Burhanın başçılıq etdiyi silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin komandiri Məhəmməd Həmdan Daqalo arasında qarşıdurma aprelin səhəri açıq fazaya keçib.