Rusiyanın cənubunda, Ukrayna sərhədinə yaxın, Belqorod şəhərinin mərkəzində Rusiyaya məxsus Su-34 qırıcısının döyüş sursatının düşməsi nəticəsində partlayış baş verib.

"Unikal" xəbər verir ki, şəhərin mərkəzində baş verən partlayışla bağlı ilk açıqlamanı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov verib. Partlayış nəticəsində şəhərin mərkəzindəki kəsişmədə 20 metr radiuslu böyük çuxurun meydana gəldiyini bildirən Qladkov bəzi binalara və park edilmiş avtomobillərə ziyan dəydiyini vurğulayıb. 

Qladkov partlayış nəticəsində 2 nəfərin yaralandığını da qeyd edib. 

Gülayə Mecid