BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Lavrovla Nyu-Yorkda görüşüb. 

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir  ki, görüş zamanı tərəflər Ukrayna münaqişəsi, Suriya və Əfqanıstanı müzakirə edib. Quterreş taxıl müqaviləsindəki son uğursuzluqlardan narahatlığını ifadə edib.

Bundan əlavə, BMT-nin baş katibi Lavrova Putinə taxıl müqaviləsi ilə bağlı təkliflərlə məktub ünvanlayıb. O, Ukrayna və Türkiyəyə də məktublar göndərib.