Qırğızıstan prezidenti Sadır Japarov mayın 8-də Moskvaya səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə respublika başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azimbakiyev məlumat verib.

Japarov rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. 

Məlumata görə, danışıqlar zamanı prezidentlər ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər. Bundan əlavə, Japarov Rusiyanın digər rəsmi şəxsləri ilə görüşəcək və mayın 9-da fəxri qonaq qismində Qələbə Paradında iştirak edəcək.

Ağarza Elçinoğlu