Türkiyənin Muğla şəhərində Sahil Mühafizəsi və polis qrupları əməliyyat keçirib. 

"Unikal" xəbər verir ki, əməliyyat nəticəsində Yunan adalarına qaçmağa cəhd edən 13 FETÖ üzvü yaxalanıb.

"Texniki və fiziki təqib nəticəsində Sahil Təhlükəsizlik Komandanlığı və polis qrupları tərəfindən qayıqda əməliyyat keçirilib. Əməliyyat zamanı 13 FETÖ/PDY üzvü və 3 təşkilatçı tutularaq saxlanılıb", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu