Amerikanın "Family Health International" humanitar təşkilatının üç işçisi və onu müşayiət edən iki nəfər Nigeriyada Kamerunla sərhəd yaxınlığında naməlum  şəxslər tərəfindən qaçırılıb.

"Unikal" xəbər verir ki, məlumata görə, əsasən qadınlar və uşaqlar qaçırılıb.

"Biz həmkarlarımız üçün son dərəcə narahatıq və onları qeyd-şərtsiz, dərhal və təhlükəsiz geri qayıtmağa çağırırıq" deyə FHI 360 sözçüsü Christy Delafield bildirib.

Bundan əvvəl Nigeriyada silahlılar ştatın şimal-qərb hissəsindəki Zamfara əyalətində 85 nəfəri qaçırmışdılar .