Məşhur teleaparıcı Cerri Springer 79 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, o, Çikaqodakı evində dünyasını dəyişib. Məlumata görə, teleaparıcıya bir neçə ay əvvəl xərçəng diaqnozu qoyulub.

1968-ci ildə Cerri Springer senator Robert Kennedinin komandasının müşaviri olib. 1970-ci ildə Konqresə namizədliyini irəli sürməyə çalışıb, lakin uğursuz olub. 1982-ci ildə NBC-də siyasi köşə yazarı kimi çalışıb.

1991-ci ildən Cerri Springer Amerika tamaşaçıları arasında geniş populyarlıq qazanmış tok-şousunu - "The Jerry Springer Show"u təqdim edib. Müxtəlif insanlar tok-şoulara gəlir, problemlərindən danışırdılar. Tok-şou qalmaqallı mövzularla yadda qalıb.