ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Tərəflər Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi, o cümlədən iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.