Türkiyənin Tekirdağ şəhərinin Çorlu bələdiyyəsinin stadionunda yanğın baş verib. 

"Unikal" xəbər verir ki, yanğın Ümumi Bəsri stadionunda tribunada başlayıb. 

Yanğın qısa müddətdə geniş sahəni əhatə etsə də, yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Hadisənin qəsdən törədildiyi ehtimal edilir. Hadisə ilə bağlı araşdırma başladılıb. 

Ağarza Elçinoğlu