Türkyənin Malatya vilaytində zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Malatyanın Akçadağ rayonunda qeydə alınıb.

4,3 bal gücündəki zəlzələnin ocağı 11.07 kilometr dərinlikdə yerləşib.