İspaniyanın Kataloniya vilayətində iki yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, hadisə Barselona şəhəri yaxınlığında baş verib.

Bildirilib ki, təyyarələr bir-birindən 300 metr aralıda yerə düşüb. Şahidlər qəzadan sonra hadisə yerinə təcili yardım qrupları çağırıblar.

İki qəza nəticəsində ümumilikdə 4 nəfər həyatını itirib.