Vatikan Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq üçün sülhməramlı missiyada iştirak edir. 

"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk deyib .

Papa həmçinin zorla Rusiya ərazisinə aparılan ukraynalı uşaqların geri qaytarılmasına kömək etməyə hazır olduğunu açıqlayıb. 

Papa Macarıstana üç günlük səfərindən sonra jurnalistlərə açıqlamasında deyib: "Hazırda missiya var, amma ictimaiyyətə açıqlanmayıb. O, açıqlananda mən onu deyəcəm".

Ağarza Elçinoğlu